Azadsöz.az xəbər verir ki, azad edilən ərazilərdə 26 seçki məntəqəsinin yaradılmasını Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.
“Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, – deyə o bildirib.
R.Qasımov əlavə edib ki, Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq.
“Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq”.