Azadsöz.az xəbər verir ki, “Qarabağ”-ın UEFA reytinqində irəliləməsinə səbəb Azərbaycan çempionunun UEFA Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken” üzərində Bakıda 2:1 hesablı qələbəsi olub.
“Qarabağ” son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda 59-cu pilləyə yüksəlib. Ağdamlılar İtaliyanın “Fiorentina” klubu ilə birlikdə bu mövqeni bölüşdürürlər.
Qurban Qurbanovun yetirmələrinin hesabında 31.000 xal var. Təmsilçimiz bunun 9.000-nı cari mövsümdə əldə edib. “Qarabağ” reytinqdə “Monako” (Fransa), “Lester”, “Aston Villa”, “Nyukasl” (hamısı İngiltərə), “Volfsburq”, Münhenqladbax “Borussiya”sı (hər ikisi Almaniya), “Valensiya” (İspaniya) kimi tanınmış klubları qabaqlayır.
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (141.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 136.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (123.000) qapayıb.