29 Noyabr 2024 12:30

Göyçayda sanitar-gigiyena qaydalarını pozan obyekt sahibi məsuliyyətə cəlb edildi

Azadsöz.az xəbər verir ki, Göyçayda sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Azadsöz.az”a verilən məlumata görə, rayon polis şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbir zamanı şəhər ərazisində  yerləşən obyektin qarşısında məişət tullantılarının qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün obyekt sahibi barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul