Azadsöz.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) kommersiya əməkdaşlığı çərçivəsində Çinin “Hainan Airlines” şirkəti ilə xüsusi proreyt sazişi imzalayıb.
Bu barədə AZAL-dan məlumat verilib.
Bildirilib ki, sənəd hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir.
Saziş çərçivəsində AZAL-ın sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines”ın Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL-ın sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.
Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.