08 Sentyabr 2024 05:13

Gəncədə polis maşını qəzaya düşdü – Xəsarət alan var

Azadsöz.az xəbər verir ki, Gəncədə polisin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan  “Mercedes” ilə 99-YP-227 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili toqquşub. Qəza nəticəsində Gəncə şəhər baş polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin  əməkdaşı xəsarət alıb. DYP əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.