08 Sentyabr 2024 05:18

Sabirabadda ticarət obyektlərindəki yanğın söndürülüb

Azadsöz.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralının 48-ci kilometrliyində, rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə yerinə Sabirabad və Saatlı yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının qarşısı alınaraq söndürülüb. İlkin məlumata əsasən, yanğın bir-birinə bitişik bir neçə müxtəlif təyinatlı obyekti əhatə edib.

Faktla bağlı araşdırma aparılır. (report)