08 Sentyabr 2024 03:55

Ucarda qadın intihar edib

Azadsöz.az xəbər verir ki, hadisə bu gün rayonun Qarabörk kəndində baş verib. Rusiya vətəndaşı, 1967-ci il təvəllüdlü Yelena Vitalyevna Oborina həyat yoldaşının yaşadığı evin həyətindəki tikilidə özünü asıb.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.