20 Sentyabr 2024 01:34

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Azadsöz.az xəbər verir ki, Çexiyanın paytaxtı Praqada kişi badmintonçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları keçirilir. 

Azərbaycan milli komandası qrupda ilk oyununu Norveç yığmasına qarşı keçirib. Heyətində Edi Reski Dviçayo, Muhammad Kadafi, Aqil Qəbilov, Diki Pangestu və Rəvan Niftəliyevin yer aldığı Azərbaycan yığması Norveç millisinə 4:1 hesabı ilə qalib gəlib. 

Komandamızın qrupda növbəti oyunu Norveç yığmasını 3:2 hesabı ilə məğlub edən İrlandiya millisi ilə olacaq. Qrup liderini müəyyənləşdirəcək oyun sabah Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Avropa Çempionatının təsnifat mərhələsi Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com