Azadsöz.az xəbər verir ki, Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nikah mərasimi olub.
Mərasimdən fotoları aparıcı Lalə Azərtaş yayımlayıb. O, Talış adlı oğlanla ailə qurub.
Terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.