28 Noyabr 2024 21:29

“Naxçıvan Sığorta” şirkəti ləğv edilir

Azadsöz.az xəbər verir ki, “Naxçıvan Sığorta” şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.

Qeyd edək ki, “Naxçıvan Sığorta” şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul