08 Sentyabr 2024 06:47

Oğuzda 11 nəfər qızılcaya yoluxdu

Azadsöz.az xəbər verir ki, Oğuz rayonu və kəndlərdən qızılca xəstəliyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 11 nəfər müraciət edib.

Yoluxan 11 nəfərdən 2 nəfər bu gün xəstəxanaya daxil olub. Hazırda 1 nəfər stasionarda müalicə alır. 7 nəfərə isə ambulator müalicə göstərilib .