08 Sentyabr 2024 04:58

Qubada xeyli sayda silah-sursat aşkarlandı

Azadsöz.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 5 ədəd “AK-74” markalı avtomat, 8 ədəd patron darağı, 10 ədəd tüfəng, 11 ədəd qumbara, 11 ədəd qumbara alışdırıcısı və 310 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Fakt üzrə araşdırma aparılır.