08 Sentyabr 2024 05:07

Qarabaqqal kəndinin sakinlərinə MÜRACİƏT

Azadsöz.az xəbər verir ki, Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyi  Qarabaqqal  kəndinin sakinlərinə  müraciət  edib.

Müraciətdə  deyilir:

“Hörmətli  Qarabaqqal  kəndinin  sakinləri  bildiririk  ki,  4 dekabr  2023-cü il  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyi   tərəfindən   Göyçay rayonunda  yaşıllıqların artırılması və ətraf mühitin sağlamlaşdırılması məqsədilə  mövsümə uyğun  olaraq  Qarabaqqal  kənd  ərazisində  yerləşən məişət  tullantılarının  daşınması  üçün nəzərdə  tutulmuş  poliqona  gedən  yolun müəyyən olunmuş  hissəsinə   237  şam, 100 ədəd akasiya  və 100  ədəd  qarağac  ağacı  əkilib.

Müraciət  edərək  sizlərdən xahiş  edirik  ki, həmişəyaşıl  ağacların olduğu  əraziyə  mal-qaranın daxil olmasına, əkilən  ağacların  çıxarılaraq  kənara atılmasına  və yaxud çıxarılaraq başqa  yerlərə  əkilməsinə  özünüz  tərəfindən  şərait  yaradılmasın”.

Unutmayaq ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq.Sizlərdən  xahiş  olunur bu  müraciətimizi  diqqətdə  saxlayıb, qeyd etdiyimiz tövsiyələrə ciddi  əməl  edəsiniz.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev