Azadsöz.az xəbər verir ki, hadisə Yevlax rayonunun Balçılı kəndində baş verib.
Kənd məktəbinin təsərrüfat sahəsində çalışan 57 yaşlı kişi qohumunun toyundan çıxaraq özünü asıb.
Yaxın qohumunun toy məclisindən çıxdıqdan sonra 1966-cı il təvəllüdlü Xəlilov Mübariz Surxay oğlu müəmmalı şəkildə yaşadığı həyətdə özünü asaraq öldürüb.
Əldə olunan ilkin məlumata görə, o, borca görə intihar edib.
Faktla bağlı araşdırma aparılır.