16 Sentyabr 2024 23:27

Xaçmazda ev yandı

Azadsöz.az xəbər verir ki, Xaçmaz şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə, mətbəxinin tavanı və mətbəxdə olan ev əşyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.