28 Noyabr 2024 10:33

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

Azadsöz.az xəbər verir ki, 2024-cü ildə GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək.

Bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının məlumatında deyilir. 

Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.

2020-ci ildə Azərbaycanın sədrliyi dövründə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi olub.

Azərbaycan yanvarın 1-dən GUAM-a sədrlik edəcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul