08 Sentyabr 2024 03:21

Şəhidimizin bacısın övladı dünyaya GƏLDİ – FOTO

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Göyçay rayonu Çayarxı kənd sakini, Toğrul Siyavşah oğlu Hacıyevin  bacısın  ailəsində xoş hadisə baş verib.

Şəhidimizin  bacısı  Hacıyeva  Arzu Siyavşah qızının oğul  övladı dünyaya  gəlib.Körpəyə Fərhad adı  verilib.

Qeyd  edək  ki, şəhid .Toğrul Siyavşah oğlu Hacıyev  1991-ci il fevralın 4-də  Göyçay rayonu  Çayarxı kəndində anadan olub.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin,  Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak  edib.Oktyabrın 25-də  Xocavənd  döyüşləri zaman  şəhid olub. Göyçay rayonu  Çayarxı kəndində dəfn olunub.

Prezident  İlham Əliyevin  Sərəncamına əsasən, Toğrul Hacıyev  ölümündən sonra  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”  və “Cəsur döyüşçü” medalları  ilə  təltif  edilmişdir.

Azadsöz.az  kollektivi  olaraq şəhidimizin bacısını  səmimi qəlbdən təbrik edir, dünyaya göz açan balamıza xoşbəxt və sağlam gələcək arzu edirik.


Gülşən Muradova

Səbuhi Eltonlu

Zəka  Nağıyev