08 Sentyabr 2024 03:35

“Vasmoy” bazarı ləğv edilir

Azadsöz.az xəbər verir ki,  “8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində bildirilib.

Məlumatda deyilir ki, kreditorlar iki ay ərzində tələblərini AZ 1119 Bakı şəhəri, Nizami rayonu, C.Naxiçavanski küçəsi, ev 38 K ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “8-ci km Ticarət Mərkəzi” 2000-ci il oktyabrın 16-da dövlət qeydiyyatından keçib. Onun nizamnamə kapitalı 1,031 milyon manat, qanunu təmsilçisi isə Rufat Məmmədovdur.