Azadsöz.az xəbər verir ki, hadisə şəhərin köhnə Şəmkir avtovağzalı adlanan ərazisində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Surayə Abbasova bıçaqlanma diaqnozu ilə xəstəxanaya aparılıb. 23 yaşlı qadına dərhal yardım edilib, vəziyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, qadın keçmiş əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.