08 Sentyabr 2024 04:52

Balakəndə ağır qəza, ölənlər var

Azadsöz.az xəbər verir ki,  noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. 

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupu məlumat  yayıb.

Məlumata görə, hadisə nəticəsində  1974 təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997 təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qızı ölüb.

Xatırladaq ki, Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Qəzada sürücülərlə birlikdə daha 5 nəfər də yaralanıb.

Faktla bağlı araşdırma aparılır.