23 Noyabr 2024 09:27

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azadsöz.az xəbər verir ki, Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Noyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul