08 Sentyabr 2024 03:58

Qazi xərçəngdən vəfat etdi

Azadsöz.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı İbrahim Əliyev  yaşadığı Masallı rayonunda xərçəng xəstəliyi səbəbindən vəfat edib.

Qeyd edək ki, qazi “Xocavəndin azad olunmasına görə” və “Vətən Müharibəsi İştirakçısı” medalları ilə təltif olunmuşdu.