Azadsöz.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Məmmədova Kamina Qavil qızı
“Hərbi xidmətlərə görə” medalı ilə
Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik
Əliyev Elçin Alastun oğlu – polkovnik
Əmirov Ziyafət Məsim oğlu – polkovnik
İsmayılov Azər Valeh oğlu – polkovnik
Nəsirov Elşad Haqverdi oğlu – polkovnik
Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant
Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.
Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilib.