23 Noyabr 2024 15:01

Ağstafada saxta içkilər istehsal edən müəssisənin fəaliyyəti dayandırıldı – FOTOLAR

Azadsöz.az xəbər verir ki, Ağstafa şəhəri, Ü.Hacıbəyli küçəsi, 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər müəyyən edilib.

Yoxlama zamanı müəssisədə 109 ədəd saxtalaşdırılmış “Banketnaya” əmtəə nişanlı araq, 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad, 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.

Saxta içkilər istehsal edən müəssisə aşkarlandı - FOTOLAR

Saxta içkilər istehsal edən müəssisə aşkarlandı - FOTOLAR

Saxta içkilər istehsal edən müəssisə aşkarlandı - FOTOLAR

Saxta içkilər istehsal edən müəssisə aşkarlandı - FOTOLAR

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul