Azadsöz.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Molde” (Norveç) – “Qarabağ” matçı üçün hakim təyinatları müəyyənləşib.
Matçı Belçika Futbol Federasiyasından Erik Lambrexts idarə edəcək. Ona Co de Veyrdt və Kevin Monteni kömək göstərəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Benoi Millo (Fransa) və Yan Boterberq (Belçika) VAR hakimləri olacaqlar.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.