08 Sentyabr 2024 03:23

Yaşar Gülər Azərbaycana gəlib

Azadsöz.az xəbər verir ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək.

Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.