27 İyul 2024 07:28

Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın – Şəhər qatı tüstüyə büründü

Azadsöz.az xəbər verir ki, Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın olub.

Yanğın 7 hektar ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Küləkli hava səbəbindən Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.