Azadsöz.az xəbər verir ki, rayonun Yuxarı Daşkəsən qəsəbəsində yaşayan 1942-ci il təvəllüdlü Gila Səttarova və nəvəsi 2006-cı il təvəllüdlü Nərmin Səttarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, nənə və nəvənin yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.