23 Noyabr 2024 03:29

Azərbaycanda radiotezlik mobil rabitənin istifadəsinə verilib

Azadsöz.az xəbər verir ki, Azərbaycanda radiotezlik mobil rabitənin istifadəsinə verilib.

Bu barədə Audivizual Şura məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 224 və 760 saylı qətnamələrinə uyğun olaraq radioyayım üçün istifadə olunan 694-790 MHs radiotezlik zolağının mobil telekommunikasiya xidmətləri üçün ayrılması qərarlaşdırılıb. Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarı ilə 694-790 MHs radiotezlik zolağının da mobil rabitə üçün istifadəsinə qərar verilib.

Bundan sonra Audiovizual Şura, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq qurumları və həmin radiotezlik zolağında televiziya retranslyasiya xidməti göstərən infrastruktur operatorunun (“Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İB) və multipleks operatorlarının (“ATV Plus” MMC və “AGS TV” QSC) rəsmi nümayəndələri bir sıra görüşlər keçirib, zəruri dəyişikliklərin prosedur qaydaları və vaxtlarını müyyən ediblər. Görülən işlərin nəticəsində cari ilin noyabr ayında operatorlar zəruri dəyişikliklərə hazır olduqlarını bildiriblər.

Audiovizual Şuranın noyabrın 24-də keçirilən iclasında infrastruktur operatorunun (“Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İB) və multipleks operatorlarının (“ATV Plus” MMC və “AGS TV” QSC) istifadəsinə ayrılmış 694-790 MHs diapazonunda olan radiotezliklərin (48-ci TV yayım kanalından yuxarılar) gələn il yanvarın 1-dən daha aşağı zolaqda olan radiotezliklərə (48-ci TV yayım kanalından aşağıdakılara) dəyişdirilməsi ilə bağlı müvafiq qərarlar verilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul