Şuşa əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində tikilib.

Çoxotaqlı olması ilə digər evlərdən fərqlənən binanın birinci mərtəbəsinin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbəsinin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunub.

Qeyd edək ki, Əsəd bəyin evi də digər abidələr kimi, erməni vandalizminin qurbanına çevrilərək yararsız vəziyyətə düşüb. ( “Baku TV”)