08 Sentyabr 2024 04:30

Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürüldü

Azadsöz.az  xəbər  verir  ki,  Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb. 

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polisəməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.