18 Oktyabr 2024 08:10

Riyaziyyat fənni üzrə seçmə imtahanının nəticələri açıqlandı

Azadsöz.az  xəbər  verir  ki, Beynəlxalq olimpiadalara hazırlıq qruplarına riyaziyyat fənni üzrə təşkil edilən seçmə imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

Təhsil İnstitutundan verilən məlumata görə, şagirdlərə açıq tipli hər biri 10 bal dəyərində 8 sual təqdim edilib. Nəticələrə əsasən 60 faizdən yüksək nəticə göstərən şagirdlər dərslərə dəvət ediliblər. Dərslərin başlanması haqqında məlumat yaxın günlərdə şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələrinə göndəriləcək.

Nəticələr institutun saytında yerləşdirilib.

grandpashabet alefbahis istanbul travesti