16 Sentyabr 2024 23:25

Vətən müharibəsi şəhidi Babək Səmidlinin anım mərasimində maraqlı anlar yaşanıb-FOTO

Xəbər  verdiyimiz  kimi, noyabrın 24-də  torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan   korpus komandirinin müavini, polkovnik  Babək Mətləb oğlu Səmidlinin  üçüncü ildönümü  ilə əlaqədar   Göyçay  Şəhidlər Xiyabanında  şəhidimizin  məzarı önündə anım mərasimi keçirilib.

Azadsöz.az xəbər verir ki, anım mərasimində  maraqlı anlar  yaşanıb.Tədbirdə  iştirak  edən polkovnik  Babək  Səmidlinin  döyüş yoldaşı  və 44 günlük Vətən  müharibəsində  şəhid  olan polkovnik-leytenant Vidadi Xəlilovun müəllimi   polkovnik-leytenant Firdovsi Xəlilov çıxış  edərək  Babək Səmidli ilə  bağlı  xatirələrini  bölüşüb, şəhidimizin  qısa və mənalı ömür  yolundan danışıb. 

Firdovsi Xəlilov çıxışın sonunda  dizini  yerə  qoyub, hərbi salam verərək  şəhidlərimizin ruhunu, qazilərimizi, şəhid  ailələrini salamlayıb.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev