22 Noyabr 2024 19:31

De Byazi Azərbaycan millisindən ayrıldı

Azadsöz.az  xəbər  verir  ki, AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb.

Bu barədə jurnalistlərə açıqlamasında milli assosiasiyanın baş katibi Sərxan Hacıyev məlumat verib.

Qərar qurumun İcraiyyə Komitəsinin (İK) bu gün keçirilmiş fövqəladə iclasında qəbul olunub. S. Hacıyevin sözlərinə görə, italiyalı mütəxəssis noyabr ayının sonunda başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Onun istəyi İK tərəfindən qəbul olunub.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustunda Azərbaycan millisinə baş məşqçi təyin olunmuşdu.

Ankara escort İstanbul Travesti Shemale İstanbul