27 İyul 2024 04:30

Qazaxda ağır qəza olub, xəsarət alanlar var

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı xəsarət alan 1958-ci il təvəllüdlü İlhamə Xamuyeva,1989-cu il əvəllüdlü Rövşən Nuruyev, 1995-ci il təvəllüdlü Şəhanə Bənnayeva, 1993-cü il təvəllüldü Elman Tağıyev, Coşqun Rəhimov və 2022-ci il təvəllüdlü Rəsul Nuruyev xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.