08 Sentyabr 2024 03:37

Vətən müharibəsi qazisi vəfat etdi

Azadsöz.az xəbər verir ki, Gəncə şəhər sakini, Vətən müharibəsi qazisi 1992-ci il təvəllüdlü Əhmədov Eşqin Fazil oğlu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib.

Həkimlərin müayinəsi zamanı Eşqin Əhmədovun dünyasını dəyişdiyi məlum olub. Məlumata görə, E.Əhmədov ürəktutmasından ölüb.

Faktla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma aparılır.

Xatırladaq ki, Eşqin Əhmədov 3-cü qrup əlilidir. O, ailəli olub, bir övladı var.