27 İyul 2024 08:27

Göyçayda növbəti ağacəkmə aksiyası davam etdirilir: ŞTB-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda  yaşıllıqların artırılması və ətraf mühitin sağlamlaşdırılması məqsədi ilə  rayonda mövsümə uyğun  olaraq  növbəti ağacəkmə aksiyası keçirilib.

Keçirilən  ağacəkmə aksiyasında  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir  Şöbəsinin   işçi  kollektivi, Göyçay Dövlət Peşə Liseyinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecin  müəllim,  tələbə kollektivi,  YAP Göyçay rayon təşkilatının, Göyçay rayon Gənclər və İdman İdarəsinin əməkdaşları  iştirak  ediblər.

Ağacəkmə  aksiyası  rayonun  Heydər  Əliyev  prospektində  yerləşən Heydər  Əliyev  parkında  başlayaraq  yolboyu  davam  etdirilib. İlkin olaraq əkiləcək   şam  ağaclarının  yerləri müəyyənləşdirilərək çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.Daha  sonra şam ağaclarının əkilməsi  işləri  həyata  keçirilib.Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd  edək  ki, rayonda  şam  ağaclarının müəyyən olunmuş  hissələrə  əkilməsi qrafikə  uyğun olaraq  mərhələli şəkilə  davam  etdirilir .

 


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev