Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC bölgələrdə elektrik şəbəkələrinin yenidən qurulması, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması yönündə işlərini davam etdirir.
Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlər proqramının icrası Cənub regionunda Azərişıq ASC tərəfindən İstehlakçılara göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, aparılan yenidənqurma işlərini sürətləndirmək üçün müasir və innovativ düşüncəli, yeni texnologiyaları mənimsəmiş “Ağıllı Şəbəkələr”in elektron idarəetmə tələbləri Elgün Məmmədov tərəfindən uğurla davam etdirilir.
Azərişıq ASC nin Cənub regional idərəsinin tərkibində olan Yardımlı rayonu Perinbel kəndində ötən əsrin 60-70-ci illərində qurulmuş şəbəkə keyfiyyətini itirmişdi. Küləkli və yağışlı havada elektrik enerjisinin verilməsində yaranan məcburi fasilələr sakinlər üçün çətinlik yaradırdı.Bu baxımdan, Cənub regionunda elektrik enerjisi sahəsində son günlərdə həyata keçirilən layihələr, o cümlədən elektrik enerjisi təsərrüfatında infrastrukturun yenidən qurulması və müasirləşdirilməsi, yeni obyektlərin, o cümlədən yarımstansiyaların inşa edilməsi və istismara verilməsi, habelə istehlakçıların elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi deyilənləri bir daha təsdiqləyir.
Qeyd edək ki, əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün Azərişıq ASC nin Cənub regionunda müvafiq tədbirlər görülür, lahiyələr hazırlanır.