25 Noyabr 2024 17:31

Qadın hüquqlarına işıq salmaq istiqamətində Azərbaycanın liderliyini təqdir edirik – “UN Women” Gürcüstan nümayəndəsi

Azadsöz.az xəbər verir ki, qadın hüquqlarına işıq salmaq istiqamətində Azərbaycanın liderliyini təqdir edirik.

Bunu “UN Women” Gürcüstan nümayəndəsi Kaori İshikawa Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Qlobal mənzərə çağırışlarla doludur. Lakin mən inanıram ki, Azərbaycanın nümunəsi bir çox ölkələrə töhfə verəcək. Biz bu sahədə əməkdaşlığımızı genişləndirməli, təcrübə mübadiləsi aparmalıyıq”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul