27 İyul 2024 03:28

Bakıda yeni marşrut xətti işə düşüb

Azadsöz.az  xəbər  verir  ki, Bakıda yeni marşrut xəttinin işə düşməsi  ilə  bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi  məlumat  yayıb.

Belə ki, bu gündən 4 nömrəli müntəzəm marşrut xətti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətindədir.

Qeyd edək ki, bu, N.Nərimanov – Ağ şəhər yaşayış sahəsi üzrə yeni marşrut xəttidir.