27 İyul 2024 04:58

Beynəlxalq Ədalət Məhkəməsi saxlanılan separatçılarla bağlı Ermənistanın iddiasını təmin etməyib – Rəsmi Bakı

Azadsöz.az xəbər verir ki, Separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını təmin edilməyib.

Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı XİN-in məlumatında bildirilib.

“Məhkəmə Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib. Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir”- məlumatda vurğulanıb.