23 Noyabr 2024 21:52

Azərbaycanda “Qızıl qələm” mükafatının verilməsi dayandırıldı

Azadsöz.az xəbər verir ki,  “Qızıl qələm” mükafatının verilməsi dayandırılıb.

Bu barədə Azərbaycan Mətbuat Şurası məlumat yayıb.

Məlumatda deyilir ki, vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının təsis etdiyi “Qızıl qələm” mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla, etibarını itirib, cəmiyyətdə haqlı narazılığa səbəb olub:

“Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən məsələyə biganə qala bilməzdi. Buna görə də sözügedən quruma faktiki rəhbərlik edən Ç.Qurbanoğlu Şuraya dəvət olunub, icraçı katibini müavini İlqar Tağıyev qurumun mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırıb. Nəticədə Ç.Qurbanoğlu Mətbuat Şurasına müraciət ünvanlayıb. Müraciətdə “Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi “Qızıl qələm” və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin, MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm.”

Mətbuat Şurası müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir. Şura digər təşkilatlara da müraciət edərək, media ilə bağlı mükafatlar verilməsi məsələsinə ehtiyatlı və həssas yanaşmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul