Azadsöz.az xəbər verir ki, Mingəçevirdə məktəblilər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb.
Son bir həftə ərzində şəhərin əsasən Tərəvəzçilik yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə 5 nəfər xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.