Azadsöz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü, yaşadığı mənzildə dəm qazından ölən leytenant Nemət İlham oğlu Xələfov Göyçay rayonunun Qaraman kənd qəbiristanlığında torpağa tapşırılıb.
Vida mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, döyüş yoldaşları, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri və leytenantımızın ailə üzvləri iştirak ediblər.
Əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, Nemət Xələfov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib.Qubadlı və Zəngilan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib.
Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə N.Xələfov “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev