08 Sentyabr 2024 03:32

Bu şəxslərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Azadsöz.az  xəbər  verir  ki, Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sabahdan dövlət ümumi təhsil müəssisələrində işləyən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə prosesi təşkil olunacaq. Proses ölkə üzrə 13 imtahan mərkəzində həyata keçiriləcək.

Qeyd edək ki, test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair isə 10 sual təqdim olunur. Test tapşırıqlarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılır.