08 Sentyabr 2024 03:31

Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində öldü – FOTO

Azadsöz.az  xəbər  verir  ki, Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“N” saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Nemət İlham oğlu Xələfov yaşadığı mənzildə dəm qazından zəhərlənib.

O, hadisə yerində vəfat edib.

Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.

Faktla bağlı araşdırma aparılır.