27 İyul 2024 06:47

Göyçayda keçirilən 15-ci Nar Festivalında qazi nikaha daxil olub-FOTO

Azadsöz.az  xəbər  verir  ki, 11 noyabr  2023-cü il  tarixində   Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyçay Şəhər stadionda 15-ci “Nar Festivalı”  keçirilib.

Bayram  tədbirində  maraqlı  anlar  yaşanıb.44  günlük  Vətən  müharibəsində  iştirak  edərək sağlamlığını itirən Göyçay  rayon Məlikkənd kənd  sakini Salahov Əfsun Tahir oğlu  Mahmudova Lalə  İsmixan qızı ilə festivalda  nikaha  daxil olub.

Göyçay rayon İcra  Hakimiyyəti başçısının Məlikkənd kənd inzibatı ərazi  dairəsi üzrə  nümayəndəliyi  tərəfindən Nikah  Haqqında Şəhadətnamə cütlüyə təqdim  olunub.

Bununla  yanaşı  Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən cütlüyə hədiyyə verilib.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev