18 İyun 2024 12:49

Dövlət Dəniz və Liman Agentliyindən gəmilərə XƏBƏRDARLIQ – FOTO

Azadsöz.az  xəbər  verir  ki, Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji  Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən, bu gündən  başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək.

Xəzər Dəniz  Akvatoriyasında müşahidə olunacaq  şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə arabir 33 m/s-dək güclənəcəyi gözlənilir. 

Dalğanın hündürlüyü: 3.0-4.0 m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.