27 İyul 2024 05:06

“Ata mənimlə fəxr et ki, mənim kimi oğlun var.Şəhid olsam başını uca tut”: Şəhid Qüdrət Əzizovun şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qüdrət Əzizovun  şəhadətə qovuşmasının üçüncü ildönümüdür.Qüdrət Bəhruz oğlu Əzizov  19 iyun 1997-ci ildə Göyçay  rayonunun  Bığır  kəndində anadan olub. Bığır kənd  3 nömrəli tam orta məktəbi 2013-cü ildə bitirib.O,  2014-cü ildə Bakıda Piriküşlüdə hərbi xidmətə başlamış və manqa komandiri olmuşdur.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə 29 sentyabrda  könüllü  olaraq  orduya  qoşulub.Cəbrayıl, Füzuli, Qubadlı və  Xocavənd istiqamətində  gedən döyüşlərdə  şücaət  göstərib.Noyabrın  9-da Şuşa  uğurunda  gedən döyüşlərdə  qəhrəmancasına  şəhid  olub.Noyabrın 10-da doğulduğu  Bığır  kənd  qəbirstanlığında dəfn  edilib.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən,  Qüdrət Əzizov  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə” və  “Döyüşdə fərqlənməyə görə” medalları  ilə  təltif  edilib.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev