29 Noyabr 2024 14:40

  Azərbaycan xalqının tarixi qələbəsi.

2023-cü il noyabrın 10-da Azərbaycanın 44 günlük Vətən müharibəsini  qalibiyyətlə yekunlaşdıran tarixi Üçtərəfli Bəyanatın imzalanmasının 3 ili tamam olur.

10 noybar tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoymaqla yanaşı, eyni zamanda prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətini və şanlı ordumuzun rəşadətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının ən böyük sərvəti və dəyəri olan yenilməz birliyinin şahidi oldu. Ali Baş Komandanın uğurlu rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar düşməni elə bir vəziyyətə gətirdi ki, fərarilik və təslimçilik işğalçının yeganə qurtuluş yoluna çevrildi. Şuşanın azad olunmasından sonra hərb meydanında tam məğlub olan Ermənistanın siyasi hərbi hakimiyyəti prezident İlham Əliyevin təkcə güclü lider kimi deyil, həm də yenilməz sərkərdə olaraq bütün cəbhə boyu qalibiyyəti qarşısında rəzil durumda qaldı. Hərb meydanındakı parlaq zəfəri diplomatik müstəvidə Azərbaycan həqiqətlərini qəbul etdirmək uğuru ilə birləşdirən Ali Baş Komandan Ermənistanı faktiki olaraq kapituliyasiya dalanına gətirdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi qələbəsini rəsmiləşdirməklə yanaşı, ümumxalq birliyinin təcəssümü olaraq nümayiş olundu. Azərbaycan ordusunun Zəfər savaşı nəticəsində imzalanan Üçtərəfli Bəyanat uzun illər dəyişməz qalan status-kvonu bizim xeyrimizə dəyişdi. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Regionda yeni siyasi reallıq yarandı.

Bir sözlə, 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmizin bir sıra yeni siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul